Orient Press

ŞƏHİDLƏR!

Narahat ruhunuz şad olsun daha,
Ədalət yerini aldı, şəhidlər!
Əvvəl dil-dil ötən ədalı düşmən,
İndi qarşımızda laldı, şəhidlər!

Zəfər möhtəşəmdir hər bir anıyla,
Günəş qaranlığı sökdü danıyla.
İgidlər Vətənə fəda canıyla,
Neçə Xiyabanlar saldı, şəhidlər!

Arzu çin də olar, dəyər daşa da,
Gərək hər ümidi inam yaşada.
Qəhrəman oğullar doğma Şuşada,
Yenə Himnimizi çaldı, şəhidlər!

Bayrağım ucadır, tarixim ulu,
Haqqa tapınanın bükülməz qolu.
Qanla açdığınız azadlıq yolu,
Bizlərə əmanət qaldı, şəhidlər!

Qurban Təbiətoğlu